LAÇIN ŞƏHƏRİNDƏ “MDB-NİN MƏDƏNİYYƏT PAYTAXTI – 2025” İLİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİR

Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirilir.

Açılışda mədəniyyət naziri Adil Kərimli, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, MDB-nin Baş katibin müavin Nurlan Seytimov və digər rəsmi şəxslər çıxış edirlər.

Qeyd edək ki, Laçın 2025-ci il üçün Müstəqil Dövlətlər Birliyinin (MDB) mədəniyyət paytaxtı elan edilib.