LAÇIN BURAXILIŞ MƏNTƏQƏSİNDƏN ERMƏNİ ƏSİLLİ ŞƏXSLƏRİN NÖVBƏTİ DƏFƏ SƏRBƏST KEÇİDİ TƏMİN EDİLİB

Bu gün “Laçın” sərhəd – buraxılış məntəqəsindən erməni əsilli şəxslərin maneəsiz keçidi baş tutub.

Beynəlxalq Qızılxaç Xaç Komitəsinə məxsus 9 avtomobildə 30 nəfər erməni əsilli şəxs “Laçın” sərhəd- buraxılış məntəqəsindən maneəsiz keçərək Ermənistana gedib.

Onlardan 9 nəfəri Ermənistana müalicə almaq üçün getdiyi bildirilir.

Qeyd edək ki, bu, bir daha Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.