LƏNKƏRANDA ZƏLZƏLƏ OLUB

Lənkəranda zəlzələ olub.

Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 19:54-də Lənkəran rayonu ərazisində maqnitudası 3.6, dərinliyi 12 km olan zəlzələ baş verib.

Zəlzələ 3 bala qədər hiss olunub.