
Mayın 6-da Lənkəran Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 7-ci Bölgələrarası Kuboka start verilib.
Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışlarda “Ocaq Sport” Klubunun Zaqatala, Şamaxı, Ağdaş bölmələri, Abşeron, Naxçıvan, Masallı, Sumqayıt, Lənkəran, İsmayıllı, Qusar, Göyçay Olimpiya İdman Kompleksi, Mingəçevir – “Kür” Olimpiya Tədris-İdman Mərkəzindən 36 gimnast iştirak edəcək.
Gimnastlar balacalar (2013-2015-ci il), yeniyetmələr (2011-2012-ci il), gənclər (2008-2010-cu il) yaş kateqoriyasında çıxış edirlər.
Yarışda balacalar – alətsiz, gürzlər, lent, yeniyetmələr – alətsiz, top, gürzlər, gənclər isə – halqa, top, gürzlər və lentlərlə çıxışlarını nümayiş etdirəcəklər.
Qaliblər çoxnövçülük proqramında müəyyənləşəcək.