KYUŞU ADASINDA 6,6 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

Bazar ertəsi Yaponiyanın Kyuşu adasının şərq sahillərində – Filippin dənizində 6,6 bal gücündə zəlzələ baş verib.

Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verir ki, zəlzələnin ocağı 37 km dərinlikdə yerləşib.

Episentrdəki titrəyişlərin intensivliyinə görə zəlzələ “güclü” kimi qiymətləndirilir.