KÜVEYTİN VƏLİƏHDİ PREZİDENT İLHAM ƏLİYEVƏ MƏKTUB ÜNVANLAYIB

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

“Sizi səmimiyyətlə salamlayıram. Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluğumu bildirirəm.

Bu gözəl bayram münasibətilə Sizə uzun ömür, xoşbəxtlik, uğurlar, ölkənizə və dost Azərbaycan xalqına davamlı inkişaf və rifah arzulayıram”.