KÜVEYT BÖYÜK BRİTANİYADAKI VƏTƏNDAŞLARINI ÖLKƏNİ TƏRK ETMƏYƏ ÇAĞIRIB

Küveyt Böyük Britaniyadakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Küveytin Londondakı səfirliyi Britaniyada “omikron” ştamına yoluxmada baş verən ciddi və görünməmiş artım fonunda öz vətəndaşlarına ölkəni tərk etməyi tövsiyə edib.

Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi “omikron”un hazırda dominant variant olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının narahatlıq yaradan variantlar arasında təsnif etdiyi “omikron” variantından yalnız İsrail, ABŞ və Böyük Britaniyada ölənlər var.