KÜVEYT ƏMİRİ PREZİDENT İLHAM ƏLİYEVİ TƏBRİK EDİB

Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Dost ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə böyük məmnunluq hissi ilə ən səmimi təbriklərimi çatdırıram.

Bu fürsətdən istifadə edərək, ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayıram.

Sizə cansağlığı və səadət, dost ölkənizə və onun xalqına davamlı tərəqqi və rifah diləyirəm”.