KÜTLƏVİ VAKSİNASİYA BEYNƏLXALQ TURİZMİN BƏRPASINA GƏTİRİB ÇIXARACAQ – BMT

Əhali arasında kütləvi vaksinasiya səviyyəsi və rəqəmsal texnologiyaların daha geniş tətbiqi beynəlxalq turizmin bərpasına gətirib çıxaracaq.

Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, regionlar arasında səfər məhdudiyyətləri ilə bağlı fərqlər qorunub saxlanılır. Belə ki, Asiya-Sakit okean regionunda istiqamətlərin 70 faizi bağlı qalmaqdadır.

Avropada bu göstərici 13 faiz, Şimali və Cənubi Amerikada 20 faiz, Afrikada 31 faiz, Yaxın Şərqdə isə 31 faizə bərabərdir: “Əksər hallarda səfər məhdudiyyətləri tam peyvəndlənmiş şəxslərə də tətbiq olunur. Bu vəziyyətin yaxın zamanlarda dəyişəcəyi gözlənilir. Hökumətlər əməkdaşlıq, rəqəmsal texnologiyaların və məlumatların istifadəsi yolu ilə turizmin bərpasında vacib rol oynayır”.