KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI XƏBƏRDARLIQ VERİLİB

Milli Hidrometeorologiya Xidməti fevralın 17-18-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Qusar, Şamaxı, Xızı, Qobustan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Naftalanda, eyni zamanda, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.