KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI XƏBƏRDARLIQ VERİLİB

Milli Hidrometeorologiya Xidməti avqustun 26-dan 29-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan Muxtar Respublikasında, Ağdam, Ağcabədi, Tovuz, Ağstafa, Qazax, Samux, Göygöl, Şəmkir, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Hacıqabul, Sabirabad, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Yevlax, Tərtər, Bərdə, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Cəbrayıl, Qobustan, Şirvan, Salyan, Neftçala, Beyləqan, Biləsuvar, Lerik, Yardımlı və Cəlilabadda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.