
Milli Hidrometeorologiya Xidməti mayın 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Xızı, Siyəzən, Şabran, Naftalan, Goranboy, Şəmkir, Tovuz, Ceyrançöl, Qazax, Ağstafa, Qobustan, Hacıqabul, Gəncə, Daşkəsən, Gədəbəy, Samux, Göygöl, Xaçmaz, Kəlbəcər, Laçın, Mingəçevir və Qusarda şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.