İyulun 18-19-da əsasən gündüz saatlarında bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Daşkəsən, Balakən, Şəki, Qobustan, Şamaxı və İsmayıllıda şərq küləyi arabir 13.9-20.7 metr/saniyə təşkil edəcək.