KÜLƏKLİ HAVA ŞƏRAİTİ İLƏ BAĞLI SARI XƏBƏRDARLIQ EDİLİB

İyulun 20-21-də bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ordubad, Culfa, Gədəbəy, Daşkəsən, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Şəki, Qobustan, Neftçala, Salyan, Hacıqabul və Cəlilabadda şərq küləyi arabir 13.9-20.7 metr/saniyə təşkil edəcək.