KÜLƏK AXŞAM SAATLARINDAN TƏDRİCƏN ZƏİFLƏYƏCƏK

Milli Hidrometeorologiya Xidmətinin iyunun 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti davam edir.

Xidmətdən bildirilib ki, hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti saniyədə Goranboyda 27, Bakıda və Abşeron yarımadasında 20, Naftalan və Zərdabda 18, Mingəçevirdə 16, Yevlax, Şabran və Şəkidə 15 metrə çatır.

Dənizdə dalğanın hündürlüyü 2,2 metrdir.

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti iyunun 24-ü axşam saatlarından tədricən zəifləyəcək.