KÜLƏK ƏSƏCƏK, YAĞIŞ YAĞACAQ – XƏBƏRDARLIQ

Dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. İntensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Bu barədə Milli Hidrometeolorogiya Xidmətindən məlumat verilib.

Məlumata görə, şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.