KTMT SÜLHMƏRAMLILARI YANVARIN 19-DƏK QAZAXISTANDAN ÇIXARILACAQ

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları yanvarın 19-dək Qazaxıstandan çıxarılacaq.

Bunu “Belarus-2” telekanalının efirində KTMT-nin baş katibi Stanislav Zas deyib.

Demək olar ki, bir həftə ərzində bütün bölmələr, bütün şəxsi heyət daimi dislokasiya məntəqələrinə qaytarılacaq. Və əgər hava şəraiti əlverişli olarsa, o zaman Rusiya Müdafiə Nazirliyinin planına əsasən, yanvarın 19-dək hər kəsin daimi dislokasiya məntəqələrinə qaytarılması planlaşdırılır”, – deyə S.Zas bildirib.