KRİŞTİANO RONALDO 12 İLDƏN SONRA YENİDƏN MANÇESTER YUNAYTEDƏ QAYIDIB

İtaliyanın “Yuventus” klubunun sabiq futbolçusu Kriştiano Ronaldo yenidən “Mançester Yunayted”ə transfer olub.

Bu barədə İngiltərə təmsilçisinin rəsmi saytı məlumat yayıb. Transfer 28 milyon avroya reallaşıb.

Ronaldo 12 ildən sonra yenidən “Mançester Yunayted”ə qayıdıb.

Futbolçu “Mançester Yunayted” ilə 3 dəfə Premyer Liqanın, 1 dəfə Çempionlar Liqası və 1 dəfə İngiltərə kuboku yarışlarının qalibi olub.