
Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş məsələsində hələlik irəliləyiş yoxdur.
Bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqların yekununda prezidentlərin görüşü ilə bağlı hər hansı addımın gözlənilmədiyini bildirib.
Qeyd edək ki, iki ölkə nümayəndələri arasında danışıqların növbəti mərhələsi martın 28-30-da İstanbulda keçiriləcək.