KREML PAŞİNYANIN RUSİYA-UKRAYNA MÜNAQİŞƏSİNƏ DAİR FİKİRLƏRİNƏ MÜNASİBƏT BİLDİRİB

Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dediklərinə münasibət bildirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov N.Paşinyanın “Ermənistan Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi deyil” fikirlərini şərh edib.

O bildirib ki, Kreml Paşinyanın bu sözlərini diqqətdə saxlayır.

“Bu mühüm bəyanatdır. Biz bilirik ki, Ermənistanın Ukrayna ətrafında münaqişəyə yanaşmasında müəyyən məqamlar var. Biz bu məqamları nəzərə alırıq. Lakin sözsüz ki, biz konseptual müttəfiqlik münasibətlərimizi davam etdiririk”, – deyə D.Peskov vurğulayıb.