KRAL III ÇARLZIN TACQOYMA MƏRASİMİ KEÇİRİLİR 

Bu gün Böyük Britaniyanın Kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.

Mərasimə 200-dən çox ölkədən iki mindən çox qonaq dəvət olunub.

Təntənəli kortej Bukinqem sarayından Vestminster abbatlığına keçəcək, daha sonra kral və həyat yoldaşı saraya qayıdacaqlar.

Qeyd edək ki, Böyük Britaniyada sonuncu dəfə tacqoyma mərasimi 1952-ci ildə baş tutub – həmin vaxt Kraliça II Elizabet taxta çıxıb.