KOSMİK TELESKOPUN FƏALİYYƏTİ BƏRPA OLUNUB

Avropa Kosmik Agentliyinin Evklid (Euclid) kosmik teleskopunun işi bərpa edilib.

Cihazın güzgüsü donduğu üçün heç bir müşahidə aparmaq mümkün deyildi. Yerdən 1,5 milyon kilometr məsafədə yerləşən teleskopun donunun açılması üçün xüsusi əməliyyat keçirilib. Qabaq linza 34 dərəcə Selsi qızdırıldıqdan sonra buzlaşma aradan qalxıb, teleskop fəaliyyətini bərpa edib.

Bütün sistem qızdırılmadığı üçün kalibrləməyə ehtiyac olmayıb. Əks halda teleskopu təkrar işə salmaq üçün azı bir ay vaxt lazım gələcəkdi.