Alimlər koronavirusun yeni variantını aşkarlayıblar.
Bu dəfə Kiprdə tapılan yeni ştam bundan əvvəl məlum olan iki variantın – “delta” və “omikron” variantlarının kombinasiyasıdır. Yeni ştam törədicilərinə müvafiq olaraq “deltakron” adlandırılıb.
Lakin alman epidemioloqların fikrincə, “deltakron” yəqin ki, öz “sələfləri” qədər zərərli olmayacaq. Ümumiyyətlə, virusun yeni variantı barədə məlumatın az olması onun pandemiyaya təsiri haqqında hansısa qənaətə gəlmək imkanı vermir.