
Ölkədə daimi yaşamaq hüququ olan əcnəbilər koronavirusa qarşı peyvənd vurdurmaq üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, daimi yaşamaq icazəsi olmayanlara isə koronavirusa qarşı peyvənd vurulması həyata keçirilmir.
Qeyd edək ki, bu il ilk 6 ayında Azərbaycanda daimi yaşayış icazəsi alan əcnəbilərin sayı 1231 nəfər olub. Ötən illə müqayisədə artım 33,3 faiz olub. 2020-ci ilin ilin birinci yarımili üzrə bu rəqəm 820 nəfər təşkil edib.