KONFRANS LİQASI: “QARABAĞ” AEL-İ MƏĞLUB EDƏRƏK NÖVBƏTİ MƏRHƏLƏYƏ KEÇİB

Azərbaycanın “Qarabağ” futbol klubu Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Ağdam təmsilçisi Bakıda keçirilən qarşılaşmada Yunanıstanın AEL klubunu minimal hesabla məğlub edib – 1:0.

Oyunda yeganə qolu 87-ci dəqiqədə Kadi vurub.

Qeyd edək ki, ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Beləliklə, “Qarabağ” Konfrans Liqasının “pley-off” mərhələsinə vəsiqə qazanıb.