KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZİNİN VEB-SAYTI YENİLƏNİB

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin veb-saytı yenilənib.

Müasir standartlara cavab verən Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin yenilənmiş veb-saytı ictimaiyyətin istifadəsinə verilib.

Cert.gov.az/az veb-saytı həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, yeni modullar əlavə edilib.

Veb-sayt Azərbaycan və ingilis dillərindədir.