KOMİTƏ SƏDRİ: TİBBİ TULLANTILAR SON DƏRƏCƏDƏ TƏHLÜKƏ MƏNBƏYİDİR

Tibbi tullantılar son dərəcədə təhlükə mənbəyidir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitə tərəfindən keçirilən “Tibbi tullantıların idarə olunması” mövzusunda ictimai dinləmədə deyib.

O qeyd edib ki, tibbi tullantıların ən böyük təhlükəsi epidemioloji cəhətdən olan təhlükə təhlükədir.

“Kiçik bir tullantı milyardlarla patogen bakteriyanın və virusun mənbəyidir. Düzgün idarə olunmasa bu və ya digər xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda tibbi cihazların tullantılar da təhlükəlidir. Elə cihazlar var ki, onların radioaktiv, kanserogen tullantıları var”, – deyə o, qeyd edib.