KOMANDO BÖLMƏLƏRİNİN TAKTİKİ-XÜSUSİ HAZIRLIQ ÜZRƏ MƏŞĞƏLƏLƏRİ DAVAM EDİR

Bu ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib.

Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib.

Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.