KOMANDO BÖLMƏLƏRİNDƏ DÖYÜŞ ATIŞLI MƏŞĞƏLƏLƏR KEÇİRİLİR

Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.

Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.