KOÇARYAN: SAĞLAM DÜŞÜNƏN HEÇ BİR İNSAN ERMƏNİSTANA İNVESTİSİYA QOYMAZ

Sağlam düşünən heç bir insan Ermənistana investisiya qoymaz.

Erməni KİV-lərində yayılan məlumata görə, bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

O bildirib ki, ölkədə bank sistemi dağılıb, biznesmenlər təqib olunur, hədələnir:

“Təkcə bir cümlə kifayət edir ki, bütün investisiyaların üstündən xətt çəkilsin. Baş nazir deyəndə ki, hər biznesmenə bir Milli Təhlükəsizlik Xidməti əməkdaşı təhkim olunacaq, bu onu göstərir ki, investor psixologiyası barədə bilik sıfır səviyyəsindədir. Bu cür səfehliyi düşünmək belə çətindir”.