KLASSİK AVTOMOBİLLƏR BAKI ŞƏHƏRİ ÜZRƏ YÜRÜŞ EDƏCƏKLƏR

Qeydiyyatdan keçməyə tələsin!
Azərbaycan Avtomobil Federasiyası (AAF) Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə mayın 29-da klassik avtomobillərin yürüşünü keçirəcək. Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək avtomobillər Bakı şəhəri üzrə yürüş edəcəklər.
Bununla bağlı AAF klassik avtomobil sahiblərini və avtomobil həvəskarlarını tədbirdə iştiraka dəvət edir. 1982-ci ilədək istehsal olunan klassik avtomobil sahibləri 23 may saat 18:00-dək Avtomobil Federasiyasında qeydiyyatdan keçə bilər.
Qeydiyyat üçün əlaqə:
(012) 505 60 03
(050) 295 01 00
e-mail: info@faa.az
*Qeydiyyat üçün yuxarıdakı telefon nömrələri ilə əlaqə saxlamaq və ya mail ünvanına avtomobilin foto şəkilini, texniki pasportunu, sürücülük vəsiqənizi və əlaqə nömrənizi göndərmək lazımdır.
Qeydiyyatdan keçən avtomobil və sahibləri 29 may tarixində saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.