![](https://mtm.az/wp-content/uploads/2022/04/16512201192397948919_1000x669.jpg)
Aprelin 28-i axşam saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinin raket hücumuna məruz qaalması nəticəsində ölən və yaralananlar var.
Şəhərin mərkəzi hissəsinə atılan raketlərin biri paytaxtın strateji infrastrukturuna, digəri isə yaşayış binasına zərər vurub. Şəhər meri Vitali Kliçko dağıntılar altından bir nəfərin cəsədinin tapıldığını bildirib. Hadisə nəticəsində yaralanan 10 nəfər xəstəxanaya yerləşdirilib. Rəsmilər qeyd ediblər ki, bina yeni olduğu üçün sakinlərin sayı az olub, ona görə itki də çox olmayıb.