KİV HAİTİ PREZİDENTİNİN ÖLDÜRÜLDÜYÜ BARƏDƏ MƏLUMAT YAYIB

Haiti Prezidenti Jovenel Moiz naməlum silahlı şəxslərin hücumu nəticəsində ölümcül yaralanıb.

Gazette Haiti” portalına istinadla xəbər veririk ki, bu barədə ölkənin Baş naziri Klod Cozef bəyanat yayıb.

Onun sözlərinə görə, dövlət başçısı güllə yarası alıb. Bundan başqa, prezident iqamətgahına hücum nəticəsində Haitinin birinci xanımı da yaralanıb.

Bu, 2017-ci ildə prezident vəzifəsinə başlamış Moizin həyatına ilk sui-qəsd deyil. O, 2018-ci il oktyabrın 17-də kütləvi mərasim zamanı da silahlı hücuma məruz qalmışdı. O vaxt yüngül yaralanan prezident təhlükəsiz yerə aparılmışdı. Həmçinin, onun üç mühafizəçisi də yaralıanmışdı