Kişi və qadın boksçular arasında keçirilən Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarının, həmçinin idman cəmiyyətlərinin təmsil olunduğu yarışda 41 komandanın 200 (178 kişi, 22 qadın) idmançısı qüvvəsini sınayıb. 6 gün davam edən turnirin son günündə kişilər arasında 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.
Final görüşlərini gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev də izləyiblər.
Həlledici döyüşlərdə qalib gələn Sübhan Məmmədov, Yadigar Əliyev, Amin Məmmədzadə, Ömər Aslanlı, Maqsud Xasmetov, Malik Həsənov, Nəbi İsgəndərov, Sərxan Əliyev, Rasim Çobanlı, Murad Allahverdiyev, Seyid Seyidov, Rauf Rəhimov və Məhəmməd Abdullayev çempion tituluna sahib olublar.
Turnirdə komanda hesabında “Neftçi” İdman Klubu 60 xalla birinci yeri tutub. İkinci pilləyə BFL (21) yiyələndiyi halda, “üçlüy”ü “Qızıl əlcək” (19) qapayıb.
Çempionatda ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Qalib Əbiyev isə ən yaxşı hakim seçilib.
Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.
Azərbaycan çempionatı
Finallar
48 kiloqram
Bilalhəbaşi Nəzərov (DYBİK) – Sübhan Məmmədov (“Arena” İK) – 0:5
51 kiloqram
Tural Sarıyev (“Neftçi” İK) – Yadigar Əliyev (“Səbail” İK) – 2:3
54 kiloqram
Amin Məmmədzadə (“Qızıl əlcək”) – Məsud Yusifzadə (BFL) – birinci tam üstünlüklə qalib gəlib
57 kiloqram
Zəlimxan Süleymanov (BFL) – Ömər Aslanlı (Sumqayıt) – 0:5
60 kiloqram
Maqsud Xasmetov (MOİK) – Elbrus Adıgözəlov (“Neftçi” İK) – ikinci döyüşə gəlməyib
63,5 kilqoram
Malik Həsənov (“Neftçi” İK) – Ruslan Rüstəmov (BFL) – 5:0
67 kiloqram
Nəbi İsgəndərov (“Neftçi” İK) – Zaur Qəhrəmanov (“Cənub” İK) – 5:0
71 kiloqram
Sərxan Əliyev (“Neftçi” İK) – Nicat Həsənov (“Qızıl əlcək” İK) – 5:0
75 kiloqram
Mirşərif Kazımzadə (“Neftçi” İK) – Rasim Çobanlı (DİN İC) – 2:3
80 kiloqram
Murad Allahverdiyev (“Neftçi” İK) – Cəbrayıl Yelekov (Z-1 İK) – 3:2
86 kiloqram
Seyid Seyidov (KNOUT) – Məmməd Quliyev (“Neftçi” İK ) – 5:0
92 kq
Rauf Rəhimov (“Neftçi” İK) – Surət Qarayev (“Səbail” İK) – 5:0
+92 kiloqram
Məhəmməd Abdullayev (BFL) – Ələkbər Ələkbərov (“Cənub” İK) – birinci tam üstünlüklə qalib gəlib
Bütün mükafatçılar
48 kiloqram
1. Sübhan Məmmədov (“Arena” İK)
2. Bilalhəbaşi Nəzərov (DYBİK)
3. Həsən Məlikov (“Neftçi” İK)
3. Ramal Yolçuyev (“Qəbələ” İK)
51 kiloqram
1. Yadigar Əliyev (“Səbail” İK)
2. Tural Sarıyev (“Neftçi” İK)
3. Kənan Babayev (METE İK)
3. Raul Vəliyev (Astara)
54 kiloqram
1. Amin Məmmədzadə (“Qızıl əlcək”)
2. Məsud Yusifzadə (BFL)
3. Kənan Əliyev (“Neftçi” İK)
3. Ağasəlim Mustafazadə (DİN İC)
57 kiloqram
1. Ömər Aslanlı (Sumqayıt)
2. Zəlimxan Süleymanov (BFL)
3. Kamil Babayev (METE İK)
3. Ruslan Qədirov (MOİK)
60 kiloqram
1. Maqsud Xasmetov (MOİK)
2. Elbrus Adıgözəlov (“Neftçi” İK)
3. Məhəmmədəli Aşurəliyev (“Zabit” İK)
3. Şamil Əsgərov (“Neftçi” İK)
63,5 kiloqram
1. Malik Həsənov (“Neftçi” İK)
2. Ruslan Rüstəmov (BFL)
3. Elməddin Ağayev (Şirvan)
3. Cəlal Qurbanov (MOİK)
67 kiloqram
1. Nəbi İsgəndərov (“Neftçi” İK)
2. Zaur Qəhrəmanov (“Cənub” İK)
3. Mehdi Həsənov (“Qızıl əlcək” İK)
3. İlqar Salahov (“Zabit” İK)
71 kiloqram
1. Sərxan Əliyev (“Neftçi” İK)
2. Nicat Həsənov (“Qızıl əlcək” İK)
3. Şəmsi Şahbazov (MOİK)
3. Ziya Həsənov (Z-1 İK)
75 kiloqram
1. Mirşərif Kazımzadə (“Neftçi” İK)
2. Rasim Çobanlı (DİN İC)
3. Novruzəli Quliyev (MOİK)
3. Fərhad Şeydayev (MOİK)
80 kiloqram
1. Murad Allahverdiyev (“Neftçi” İK)
2. Cəbrayıl Yelekov (Z-1 İK)
3. Elvin Qənbərov (“Neftçi” İK)
3. Fəqan Məmmədov (“Neftçi” İK)
86 kiloqram
1. Seyid Seyidov (KNOUT)
2. Məmməd Quliyev (“Neftçi” İK )
3. İbrahim İsmayılov (Z-1 İK)
3. Heydər Məmmədov (DİN İC)
92 kiloqram
1. Rauf Rəhimov (“Neftçi” İK)
2. Surət Qarayev (“Səbail” İK)
3. Mirxəyal Məmmədov (Gəncə)
3. Elgün Abdullayev (Gəncə)
+92 kiloqram
1. Məhəmməd Abdullayev (BFL)
2. Ələkbər Ələkbərov (“Cənub” İK)
3. Rəşid Məmmədov (Z-1 İK)
3. Teymur Aslanov (DİN İC)
Qeyd edək ki, qadın boksçuların mübarizəsinə 1 gün öncə yekun vurulub.