KİMYA SAHƏSİNDƏ NOBEL MÜKAFATINA LAYİQ GÖRÜLƏN ALİMLƏRİN ADLARI AÇIQLANIB

2024-cü il üzrə kimya sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb.

Nobel Komitəsi oktyabrın 9-da Devid Beyker, Demis Hassabis və Con Camperin 2024-cü il üzrə Kimya sahəsində Nobel mükafatına layiq görüldüklərini elan edib. Devid Beyker “hesablamalı zülal dizaynı”, Demis Hassabis və Con Camper “zülal strukturunun proqnozlaşdırılması” üzrə tədqiqatlara görə bu mükafata görə layiq görülüblər.