
Kiberdələduzlar onlayn alış-veriş saytlarında məhsulların satışını həyata keçirən vətəndaşları hədəf alaraq “Azərpoçt” MMC-nin adına açılan saxta saytlar vasitəsilə bank kartı hesablarındakı vəsaiti ələ keçirirlər.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, şübhəli veb resurslara keçid edərək bank kartı məlumatlarını daxil etməməyiniz tövsiyə olunur.