“Kibercinayətlər” elektron informasiya sistemi formalaşdırılacaq.
Bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası”nda qeyd edilib.
Strategiyaya əsasən, Nazirlər Kabineti 2023-2024-cü illər ərzində Daxili İşlər Nazirliyi (DİN), Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX), BP (tövsiyə olunur), Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX), Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (VXSİDA) ilə birgə
“Kibercinayətlər” elektron informasiya sistemini formalaşdırmaq və bu sistemə səlahiyyətli qurumların çıxışının təmin edilməsi ilə bağlı təkliflər hazırlamağı təmin etməlidir.