KENTUKİ ŞTATINDA QASIRĞA NƏTİCƏSİNDƏ 100-DƏN ÇOX İNSAN HƏYATINI İTİRİB

ABŞ-ın Kentukki ştatının qubernatoru Endi Beşir yerli CBS telekanalının efirində ölkə tarixindəki ən dağıdıcı qasırğanın nəticələrindən danışıb.

Qubernator azı 80 nəfərin öldüyünü, lakin bu rəqəmin artacağını bildirib.

“Fəlakət nəticəsində bütöv şəhərlər yerlə-yeksan olub”, – deyə o bildirib.

Mayfild şəhərində 100-dən çox insanın olduğu şam fabrikinin damı uçub. Qubernator bildirib ki, xilasedicilər artıq bir neçə gündür dağıntılar altında sağ qalanları tapa bilmir.