KENİYALI GENERAL HELİKOPTER QƏZASINDA ÖLÜB

Keniyanın ən yüksəkrütbəli hərbi zabiti general Frensis Omondi Oqolla ölkənin qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olub.

BBC telekanalı xəbər verir ki, Oqolla helikopterdə 11 hərbçi ilə birlikdə olub. Onlardan yalnız iki nəfəri qəzadan sağ qurtara bilib.

Keniya Prezidenti Uilyam Ruto helikopterin qəzaya uğramasından sonra təcili Təhlükəsizlik Şurasını çağırıb. Onun sözlərinə görə, qəza paytaxt Nayrobidən 400 kilometr şimal-qərbdə, Elgeyo Marakvet qraflığında, helikopterin havaya qalxmasından az sonra baş verib.

Məlumatda bildirilib ki, hadisənin səbəbini müəyyən etmək üçün Keniya Hərbi Hava Qüvvələri tərəfindən təhqiqat qrupu yaradılıb.