KEMBRİC LÜĞƏTİ İNGİLİS DİLİNDƏ İLİN SÖZÜNÜ SEÇİB

Kembric lüğətinin redaksiyası ingilis dilində 2021-ci ilin sözünü seçib.

Lüğətin versiyasına əsasən, ilin sözü “perseverance” (inadkarlıq) olub.

Qeyd olunub ki, il ərzində həmin söz lüğətdə 243 min dəfədən çox axtarışa verilib.

Bu sözün populyarlığı əsasən, fevral ayında qeydə alınıb. Həmin dövrdə NASA-nın “Perseverance” adlı kosmik gəmisi Marsın səthinə uğurlu eniş etmişdi. Hazırda “Perseverance”ın Marsda tədqiqatları davam edir.

Xatırladaq ki, bu ayın əvvəlində Oksford lüğəti “vax” sözünü (vaksin, vaksinləmək) ingilis dilində 2021-ci ilin sözü seçmişdi.