KAYZER NAVAB: PREZİDENT İLHAM ƏLİYEV REGİONDA İNKİŞAF ÜÇÜN YENİ İMKANLAR YARADIB

Azərbaycan Prezidenti İlham Əliyev regionda sabitlik və inkişaf üçün yeni imkanlar yaratmaqla reallıqları dəyişib.

Bu barədə Qlobal məsələlər, “Bir kəmər, bir yol” təşəbbüsü, Mərkəzi Asiya və Avrasiya üzrə beynəlxalq ekspert Kayzer Navab deyib.

“Prezident İlham Əliyevin qətiyyətli addımları Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin azad olunmasına səbəb oldu. Hərbi və diplomatik strategiyanın səmərəli reallaşdırılması təkcə Azərbaycanın ərazi bütövlüyünün bərpasına səbəb olmadı, həm də sabitlik və inkişaf üçün yeni imkanlar yaratmaqla regionda reallıqları dəyişdi”, – o deyib.

Prezident İlham Əliyevin strategiyasının əsas istiqamətlərindən biri Azərbaycanın hərbi potensialının müasirləşdirilməsi oldu. Müdafiə texnologiyalarına, hərbi qulluqçuların hazırlığına və infrastrukturun yaxşılaşdırılmasına qoyulan investisiyalar ölkənin silahlı qüvvələrinin döyüş hazırlığını artırdı ki, bu da işğalçı üzərində qələbədə mühüm rol oynadı”, – deyə K.Navab qeyd edib.

Anaitik, həmçinin, qeyd edib ki, son 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-Pakistan münasibətlərində nəzərəçarpan dərəcədə inkişaf əldə olunub. Xüsusən ölkələr arasında birbaşa aviaəlaqə qurulub və o cümlədən, neft-qaz sənayesi və informasiya texnologiyaları ilə bağlı bir neçə anlaşma memorandumu imzalanıb.

Ekspertin fikrincə, bu, Azərbaycan və Pakistan arasında qarşılıqlı əməkdaşlıq, iqtisadi əlaqələrin möhkəmlənməsi və diplomatik əlaqələrin inkişafına hazırlığı vurğulayıb.

K.Navab, həmçinin, Azərbaycanda keçiriləcək prezident seçkilərinin ilk dəfə bütün ölkə ərazisində, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə keçiriləcəyinin əhəmiyyətini qeyd edib.

“Vətəndaşların keçiriləcək seçkilərdə fəal iştirakı son dərəcə vacibdir. Bu, cəmiyyətin demokratik xarakterindən xəbər verir”, – ekspert deyib.