KASIM-JOMART TOKAYEV QAZAXISTANIN YENİ HÖKUMƏTİNİN TƏRKİBİNİ TƏSDİQLƏYİB

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yeni hökumətin tərkibini təsdiqləyib.

K.Tokayev bu barədə müvafiq sərəncam imzalayıb.

Yeni hökumətdə baş nazirin birinci müavini vəzifəsinə Roman Sklyar təyin olunub. Baş nazirin müavinləri isə Yeralı Tuqjanov, Muxtar Tleuberdı və Baxıt Sultanov olacaq.

Xarici işlər naziri, müdafiə naziri və daxili işlər naziri öz vəzifələrində qalıb.

Bolat Akçulakov energetika naziri vəzifəsində Maqzum Mirzaqaliyevi əvəz edib.