
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinin icrasına başlayıb.
Qazaxıstan mətbuatının məlumatına görə, Tokayev and içərək, xalqın etimadını doğruldacağını və Qazaxıstanı daha firavan ölkəyə çevirmək üçün səy göstərəcəyini vəd edib.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Tokayevə respublika prezidentinin vəsiqəsini təqdim edib.
