KAROLİ MATRAİ: XƏZƏR-QARA DƏNİZ-AVROPA YAŞIL ENERJİ DƏHLİZİ QLOBAL XARAKTER DAŞIYAN LAYİHƏDİR

Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi qlobal xarakter daşıyan enerji nəqli layihəsidir. Bu layihənin texniki-iqtisadi əsəslandırılması bu ilin üçüncü rübündə hazır olacaq.

Bu sözləri ADA Universitetində “İnnovativ yollarla yaşıl gələcəyə doğru” mövzusunda keçirilən beynəlxalq konfransın panel iclasında Macarıstanın MVM şirkətinin rəhbəri Karoli Matrai deyib.

O bildirib ki, texniki-iqtisadi əsaslandırma ilə bağlı sənədi CESI şirkəti hazırlayır.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin reallaşması üçün 2 milyard avro sərmayə lazım olacaq. Layihə region ölkələri ilə yanaşı Şərqi və Mərkəzi Avropa dövlətləri üçün də səmərəlidir. Bu layihə enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla yanaşı, dövlətlərin iqtisadi inkişafına böyük təkan verəcək. Layihə çərçivəsində tikinti işləri 3 il dava edə bilər. Dünyanın bir sıra regionlarında bənzər layihələr həyata keçirilib”, – deyə Karoli Matrai əlavə edib.