Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska (68 kq) yeni mövsümə uğurla başlayıb.
Azərbaycan Milli Karate Federasiyasından bildiriblər ki, Fransanın paytaxtında keçirilən ənənəvi “Paris Open” beynəlxalq turnirində 4 görüş keçirən İ.Zaretska gümüş mükafat qazanıb. Nüfuzlu yarışda 52 ölkədən 458 idmançı iştirak edib.
Milli komandanın digər üzvləri fevralda Birləşmiş Ərəb Əmirliklərinin Fujeyra şəhərində keçiriləcək Karate1 Premyer Liqa turirinə hazırlaşırlar. Yeni qaydalara əsasən qarşıdakı turnirdə qadınlardan məhz İ.Zaretskanın iştirakı gözlənilir.