Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə “Karabakh.Center” internet resursunun təqdimatı keçirilib.
Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin rəhbəri Hikmət Hacıyev, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.