
Kapoeyra üzrə Azərbaycan yığma komanda oktyabrın 13-dən 16-dək Estoniyanın Tallin şəhərində keçirilən “Tallin cup” beynəlxalq turnirində yüksək nəticələr əldə etdi.
Yığma yarışı 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.
Qeyd edək ki, Fikrət Dadaşov, Mehriban Hacıbabayeva, Əli Tağızadə, Asya Atayeva və Fərid Səlimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Allahverdiyev və Azər Orucov ikinci yeri tutublar. Davud Hüseynli və Dilqəm İsmayılov isə bürünc medal qazanıblar.
Bundan başqa, F. Səlimov yarışın ən yaxşı idmançısı seçilib.
