KAMİL XASİYEV AZƏRBAYCANIN SERBİYADA SƏFİRİ TƏYİN EDİLDİ

Prezident İlham Əliyev K.T.Xasiyevin Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam verib.

Sərəncamla Kamil Tacid oğlu Xasiyev Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.