KAMERUN PREZİDENTİ VƏ TAİLANDIN KRALI PREZİDENT İLHAM ƏLİYEVİ MÜSTƏQİLLİK GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK EDİBLƏR

Kamerun Prezidenti Pol Biya Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Zati-aliləri, cənab Prezident.

Ölkənizin milli bayramı – Müstəqillik Gününün qeyd edilməsi Sizə səmimi təbriklərimi göndərmək üçün mənə xoş bir fürsət yaradır.

Təbriklə yanaşı, Sizə, Azərbaycan xalqına firavanlıq və sülh arzularımı çatdırıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan dərin, səmimi və yüksək ehtiramımı qəbul edin”.

Tailandın Kralı Maha Vaçiralonqkorn da Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına və onun xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram”.