KALİFORNİYA MƏHKƏMƏSİ DİNC AKSİYA KEÇİRƏN AZƏRBAYCANLILARA HÜCUM ETMİŞ ERMƏNİYƏ HÖKM OXUYUB

Kaliforniya Ali Məhkəməsi 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “Twitter” hesabında bildirib.

“2021-ci ilin iyununda Erik Akopyana hökm oxunduqdan sonra Kaliforniya Ali Məhkəməsinin 2020-ci ilin iyulunda Azərbaycanın Baş Konsulluğu qarşısında dinc etiraz aksiyası keçirən azərbaycanlılara nifrət zəminində hücum edən Hovhannes Sukiasyana da hökm çıxarılmasını alqışlayırıq. Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və həmçinin onun hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb.”, – deyə paylaşımda qeyd edilib.